Türkiyədə Xocalı konfransı keçiriləcək

Xocalı soyqırımının 24-cü ildönümü münasibətilə Türkiyədə bir sıra tədbirlər keçiriləcək. Bu barədə "OLAYLAR"-a məlumat verən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu deyib ki, soyqırım qurbanlarının anım mərasimlərindən biri İstanbul şəhərində təşkil olunacaq: "İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq Xocalı konfransına Azərbaycandan da millət vəkilləri və qeyri-hökumət təşkilatlarının rəhbərləri qatılacaq. Həmçinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəhbərliyi də anım tədbirinə qatılacaq". Səfər Karakoyunlu deyib ki, tədbirdən əvvəl isə Xocalı soyqırımından bəhs edən foto sərgi təşkil ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00