YAP İdarə Heyəti toplandı

Yanvarın 28-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın hakim partiyaya istinadən verdiyi xəbərə görə,  iclasda ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər və İdarə Heyətinin 2016-cı ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib, YAP İdarə Heyətinin 2015-ci ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2015-ci ilə dair illik statistik hesabat, partiyanın 2015-ci il üzrə maliyyə hesabatı qəbul edilib. Bildirilib ki, 2015-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarına 23 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiyanın üzvlərinin sayı 667 min nəfəri keçib. Keçən il YAP-ın gəlirləri 7 442 113  manat olub. Bunun 6 293 512 manatını üzvlük haqları, 1 148 601 manatını  büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib. Sonda YAP İdarə Heyətinin qərarı ilə partiyanın İcra Katibliyinin ştat cədvəlində müəyyən dəyişikliklər edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00