Moldova Azərbaycana yeni səfir təyin edib
28 Yanvar 2016 10:34 SiyasətMoldovanın yeni hökumətinin ötən gün Pavel Filipin rəhbərliyi altında keçirilən iclasında 9 ölkəyə yeni səfir təyin olunub."Report" xəbər verir ki, bu ölkələr sırasında Azərbaycanın da adı var.Nazirlər Kabinetinin qərarı ilə George Leuke Moldovanın Azərbaycandakı səfiri təyin olunub.Bundan əlavə ölkənin sabiq kənd təsərrüfatı naziri Vasili Bumakov Yaponiyaya, Ştefan Qorda Bolqarıstana, İnqa İonisiye Estoniyaya, Yurie Renitse Belçikaya, Dumitru Sokolan Portuqaliyaya, Vitilie Rusu Çexiyaya, Oleq Sulya isə Macarıstana səfir təyin olunub.Qeyd edək ki, Moldovanın Azərbaycandakı əvvəlki səfiri İqor Bodiunun diplomatik fəaliyyəti ötən il başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00