Azərbaycan deputatı AŞ PA komitəsinin sədri seçildi

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası çərçivəsində qurumun Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib. Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan Parlamentinin deputatı, ölkəmizin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova bu komitənin sədri seçilib. İlk dəfədir ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü qurumun komitə sədri seçilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00