Natali Qule: AŞ PA-nın qətnaməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə kömək edə bilər

AŞ PA-nın "Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi" adlı məruzə əsasında qətnamə qəbul etməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə müsbət təsir edə bilər.

Bunu Trend-ə fransalı senator Natali Qule deyib.

O bildirib ki, bu, kimin təcavüzkar olduğunu göstərir: "Ermənistan tarixi və beynəlxalq hüquq baxımından qeyri-düzgün mövqe tutur. AŞ PA-nın Azərbaycanın xeyrinə qəbul etdiyi qətnamə həlledici əhəmiyyətə malikdir, çünki bu, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş əraziləri üzərində tarixi və hüquqi haqqının beynəlxalq aləmdə tanınmasına doğru addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00