Millət vəkilindən sensasion açıqlama
Fazil Mustafa: “AŞPA-da görünməmiş saxtakarlıq baş verdi”
26 Yanvar 2016 16:31 Siyasət"Avropa Şurasının Parlament Assambleyasında görünməmiş saxtakarlıq baş verdi". Belə bir açıqlama ilə çıxış edən AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Fazil Mustafa deyib ki, yanvarın 26-da qurumda Volterin və Markoviçin məruzəsi müzakirəyə çıxarılıb: "Volter Böyük Britaniya parlamentinə seçilmədiyinə görə onun məruzəsini ermənilərin dəstəkçisi sayılan Yansen təqdim edirdi. Volterin məruzesi Dağlıq Qarabağ və sərhədyanı bölgələrdə vəziyyətin gərginləşməsi ilə bağlı idi və Avropa Şurasının rəhbərliyi Minsk qrupu ilə gizli şəkildə sövdələşərək bu qətnamənin qəbulunu əngəllədilər". Millət vəkili deyib ki, sesvərmənin gedişində nəticə görünməmiş bildirilib ki, 24 nəfər sesvermədə iştirak etmədiyinə görə səsverməni uzadırıq: "Nəticədə Volterin məruzəsi 66 lehine, 70 əleyhinə rədd edildi". Fazil Mustafa deyib ki, Azərbaycan nümayəndə heyetinden çıxışa yazılmış 6 nəfərdən yalnız Rəfail Hüseynova söz veriblər: "Aldığımız dəqiq məlumata göre Polşa və başqa ölkələrdə hətta din xadimləri deputatları çağırıb xristian ermənilərə dəstək verməyənlərin ifşa olunacaqlarını bildiriblər. Sərsəng su anbarı ilə bağlı Markoviçin məruzəsində də işğalla bağlı müddəalar yer alırdı. Markoviçin hazırladığı qətnamə 98 lehine, 71 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edildi. Hər halda ermənilərin işğalçılığını təsdiqləyən belə bir sənədin qəbul olunması da bu şərtlərdə müsbət addım sayıla bilər".