MN: Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür

Azərbaycan Müdafiə Nazirliyi cəbhədə bizə məxsus diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatları təkzib edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir fəaliyyət həyata keçirməyib: "Düşmən o qədər qorxu, səksəkə içərisindədir ki, hər tərəfdə gözünə Azərbaycan əsgəri görünür".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu gün səhər saat 04.00 radələrində guya Azərbaycan diversiya qrupunun qarşı tərəfə keçməyə cəhd edib və cəhdin qarşısı alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00