Həmsədrlərin bəyanatı diplomatik etikaya çox zidd addımdır

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatı cəmiyyətimizdə təəccüb doğurur. Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə cavabdeh olan üç dövlətin nümayəndələri heç də problemin həllinə yönəlməyən bəyanat verdilər. Onlar problemin həllini monopoliyaya götürdüklərini iddia edirlər, sanki onlardan başqa heç kim bu məsələni müzakirə edə və həllinə çalışa bilməz". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. O, bildirib ki, əgər həmsədrlər münaqişənin həlli ilə bağlı nəticələr əldə etsəydi, Azərbaycan ictimayyəti bu monopoliyanı onlara verə bilərdi: "Amma münaqişənin başlamasından uzun illər keçsə də, onun həlli istiqamətində hər hansı irəliləyiş yoxdur. Onlar iddia edirlər ki, başqa qurumların təşəbbüsləri və apardıqları müzakirələr münaqişənin həllinə maneçilik törədə bilər. Maraqlıdır, nə zamandan işğalçının öz adı ilə çağırılması, beynəlxalq hüquq normalarına əməl edilməsi problemin həllinə maneçilik törədə bilər? Əlbəttə ki, həmsədrlərin belə bir mövqeyi cəmiyyətimizdə böyük narazılıqla qarşılanr. Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, ictimaiyyətin nümayəndələri isə etiraz edirlər. İstərdik ki, həmsədrlər bu məsələdə üzərlərinə düşən vəziflərəi yeriən yetirsinlər və kənar dəstəklərdən də imtina etməsinlər. Onların belə bəyanat verməsi Ermənistana xüsusi simpatiyasının olduğunu ortaya qoyur. Beynəlxalq hüquq normaloarını əsas götürməli olan həmsədrlərin belə bəyanat verməsi həm beynəlxalq hüquqa, həm də diplomatik etikaya çox zidd addımdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00