Avropa Komissiyasının “Avropa könüllülük xidməti” kordinatorlarının Bakı iclası keçirlmişdir

Cari ilin 23- 24 yanvar tarixlərində Bakıda gənclər təşkilatlarının iştirakı ilə, Avropa Komissiyasının "Avropa könüllülük xidməti" koordinatorlarının növbəti Bakı iclası keçirlmişdir. İclasda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) İcraçı direktoru Şəmsi Gülverdiyev iştirak etmişdir.
Əsas məqsədi Azərbaycanda olan tələbə-gəncləri Avropa könüllülük layihələrinə cəlb etmək olan iclasda proqrama qoşulma qaydaları iştirakçılar üçün təqdim edildi. İclasda avropalı mütəxəssislər iştirakçılara "Erasmus" və "Youth in action" proqramlarının fərqlərini və onların faydaları haqqında məlumat veriblər.
ATGTİ-nin İcraçı direktoru Şəmsi Gülverdiyev tədbirdə Azərbaycan gəncinin bu proqrama qoşulması mərhələsində mövcud problemlərini bildirdi və onları həll istiqamətində təkliflərini irəli sürdü: "Bildiyniz kimi Azərbaycan Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramının iştirakçısıdır və ölkəmiz bu proqramın tam hüquqlu üzvü olmadığı üçün bəzən azərbaycanlı iştirakçılara əngəllər yaranır" deyə Şəmsi Gülverdiyev vurğuladı.
Xatırladaq ki, ATGTİ 2013-cü ildə "Avropa könüllülük xidməti"-nin akreditasiyasından keçmişdir və könüllü göndərə bilən və qəbul edə bilən təşkilat statusu daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00