Xalqın ağır vəziyyətində onun yanında olmağı bacarmayan partiyalar siyasi səhnədən silinməyə məhkumdurlar

"İstənilən yeni addımlar, yeni cəhdlər hər zaman yeni imkanlar açır. Sadəcə olaraq yaranmış yeni vəziyyətdən doğru istifadə etməyi bacarmaq lazımdır". Belə bir açıqlama ilə çıxış edən Müsavat Divanının keçmiş üzvü, AĞ Blokun təsisçisi Tural Abbaslı "OLAYLAR"-a bildirib ki, müxalifətin yaranmış böhranla bağlı bir araya gəlməsi birgə əməkdaşlıq üçün yeni imkan ola bilər: "Azərbaycandakı böhrandan xalqı itgisiz çıxarmaq hər bir siyasətçinin prioritet məsələsi olmalıdır: "Çünki xalqın belə ağır vəziyyətində onun yanında olmağı bacarmayan partiyalar, siyasi quruluşlar siyasi səhnədən silinməyə məhkumdurlar və hətta layiqdirlər. Ona görə də müxalifət partiyalarının son tədbirini Azərbaycan naminə əməkdaşlıq üçün, birlik və bütövlük üçün atılan ilk addım, ilk cəhd kimi də qiymətləndirmək olar. İndi gərək heç kim yaxasını bu prosesdən kənara çəkməsin və əlini daşın altına qoymağı bacarsın. Azərbaycanın sürükləndiyi indiki böhran vəziyyətində kimsə şəxsi küskunlüklərini, şəxsi ambisiyalarını və s. ön plana çəkəcəksə onu tarix bağışlamayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00