Qərbin Yaxın Şərqdə üstünlüyü

Rusiya özünə əlavə və böyük maddi məsrəflər mənbəyi yaradıb

Yaxın Şərqdə gərginlik hər ötən gün özünün yeni bir mərhələsinə qədəm qoyur. Bir tərəfdə Suriya münaqişəsi, bu münaqişəyə cəlb edilən dövlətlərin bir-birinə qarşı düşmən münasibət sərgiləməsi, digər tərəfdə İŞİD-in regionda törətdiyi qətliamlar Yaxın Şərqi cəhənnəm əzabına çevirib. Bütün bunların fonunda isə Qərb və Rusiya regiona nəzarəti ələ almaq uğrunda mübarizə aparır. Bəs görəsən bu mübarizədən kim qalib çıxacaq?

Azərbaycan Milli İstiqlal Partiyasının beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev deyir ki, hazlrda Yaxın şərqdə davam edən mübarizədə istər strateji, istərsə də mənəvi üstünlük Qərb tərəfdə görünür. Onun sözlərinə görə, sanksyaların tətbiqi neftin qiymətinin düşməsi ilə müşahidə olunan iqtisadi böhran zamanında Rusiya özünə əlavə və böyük maddi məsrəflər mənbəyi yaradıb: "Krımın anneksiyasından sonra bir neçə milyon əhalisi olan yarımadanın məsrəflərini çəkməyə məcbur olub, Donetsk və Luqansk separatçılarının və orada yaşayan insanların da xərcləri yenə də əlavə yük olaraq Rusiyanın üzərindədir. Bütün bunlardan sonra Rusiya Suriyada İŞİD-lə mübarəziə adı altında, əslində isə Əsəd rejiminə müxalif olan qüvvələrə qarşı nəticəsi qaranlıq olan, hər günü milyonlarla dollara başa gələn hərbi əməliyyatlara başlayıb. Artıq aylardır ki, bu əməliyyatların keçirilməsinə baxmayaraq bütövlükdə heç nə dəyişməyib. Nə İŞİD Suriya ərazindən çıxıb, nə müxalif qüvvələr silahı yerə qoyub, nə də ki, Əsəd hakimiyyəti nəzarət etdiyi ərazilərin əhatə dairəsini artıra bilib.Bütün bunların nəticəsidir ki , Rusiya açıq deməsə də, qeyri- rəsmi mənbələr vasitəsilə müəyyən şərtlərlə Əsədin hakimiyyətdən getməsi ehtimallarının mümkün olmasını sızdırmağa başlayıb. Hesab edirəm ki, yaxın zamanlarda Suriya məsələsi ilə bağlı növbəti danışıqlar raundu başlayacaq və bu əvvəlki danışıqlardan fərqli olaraq nəticəsi ola biləcək təkliflərlə müşahidə olunacaq". Keçən ildən gərginləşən Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumuna da toxunan Elşən Mustafayev deyib ki, problemdən sonrakı dönəmdə gərginliyin yoluna qoyulması istiqamətində müsbət dəyişiklik baş verməyib: "Gərginlik əvvəlki kimi qalıb və yaxın vaxtlara bunun düzələcəyini gözləmirəm. Hazırda Rusiya Türkiyəyə qarşı iqtisadı sahədə müharibə elan etsə də, bundan ən azı Türkiyə qədər də özü əziyyət çəkir. Amma o bu qarşıdurmanı digər məcraya yönəltməyə cəhdlər göstərir. Türkiyə daxilindəki separatçı qüvvələrlə, xüsusilə PKK və onun siyasi qanadı olan HDP ilə təmaslarını artıraraq ölkə daxilində gərginlik yaratmağa cəhdlər edir. Amma bu da Türkiyəni zəiflətmək üçün uğursuz addım olacaq. Belə ki, Türkiyə 30 ildən artıqdır terror təkliatları ilə amansız mübarizəsini davam etdirir. Bu mübarizəni bundan sonra da
davam etdirmək üçün həm təcrübəsi, həm də digər bütün imkanları var". Rusiyanın iqtisadi cəhətdən çökdürülməsinin mümkünlüyünə gəlincə Elşən Mustafayev bildirib ki, Rusiya ərazi cəhətdən dünyanın ən böyük dövlətidir və bu ölkənin hər növ zəngin təbii sərvətləri var: "Tətbiq olunan sanksiyalar və neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində Rusiya hər gün milyardlarla dollar itirir. Ölkə get gedə kasıblaşmağa doğru gedir və belə getsə bu davam edəcək Amma buna baxmayaraq belə böyük dövlətin iqtisadi cəhətdən sonadək çökdürülməsi uzun illər apara bilər. Bir məsələni deyə bilərəm ki , bu tendensiya bir neçə il də davam etsə, Rusiya çökməsə belə onun öz iqtisadiyyatını yenidən bərpa edib ən azı 5 il öncəki səviyyəyə qayıtması üçün 10 illər lazım olacaq. Bütün bunları gördüyü üçün Rusiya artıq bütünlükdə bu prosesin dayanmasında maraqlıdır. Lakin elə bir yol axtarılir ki, nəticədə heç olmasa məğlub kimi görünməsin. Bu da daxili siyasətə hesablanmış siyasətdir. Qərb isə bundan məharətlə istifadə edəcək". Qərbin Kürdüstan yaratmaq ideyasına gəlincə Elşən Mustafayevin sözlərinə görə, bu ideyanı ortaya atanların fikirlər həmişə regiondakı kürdlərdən istifadə etmək olub: "Amma əslində bu bir neçə səbəbdən çox çətin , hətta mən deyərdim ki mümkünsüzdür. Əvvəla baxaq görək ki, kürdlər kompakt olraq harada yaşayırlar. İraqda, Türkiyədə Suriyada və İranda. Hamısı da bir-biri ilə sərhəddə yaşayırlar. Məntiqlə onların arasındakı dövət sərhəddini qaldırsan kompakt halda yeni bir dövlətin xəritəsi yarana bilər. Belə olan halda 4 dövlətin birgə təpkisi və hərbi müqaviməti ortada olacaq. Bu da regionda gələcəkdə uzunmüddətli sabitliyin olmamasına gətirib çıxara bilər. Böyük dövlətlər, xüsusilə ABŞ Yaxın Şərqdə yeni dövlətlərin yaranmasında yox, mövcud dövlətlərin qalmasında , lakin hakimiyyətlərin isə özlərinə yaxın olmasında maraqlıdırlar. Bir faktı deyim ki, Səddam rejimi devriləndə İraq kürdlərinin də rolu olmuşdur. Çoxları o zaman düşünürdü ki, Səddamdan sonra İraqda kürd dövləti yaranacaq. Amma fikir verin, Bərzaninin rəhbərliyi ilə İraq kürd muxtariyyatı yarandı və bununla da bitdi. Əgər dövlət elan olunsa idi o zaman sünnülü, siəli bütün İraq ərəbləri buna müqvimət göstərib bu dövlətin yaranmasına xeyr dua verən dünya güclərini düşmən elan edərdilər. Eyni hal Suriya ərəblərində, Türklərdə və İranda da farslarda baş verə biər. Bu isə həmin güclərə lazım deyl. Çünki belə olan halda regionda nüfuz sahibi olmaq mümkün deyil2. Elşən Mystafayev yaxın perspektivdə Qarabağ probleminin sülh yolu ilə həllini görmədiyini deyib. Onun sözlərinə görə, dünyada baş verən qarşıdurmalar və konfliktlər bu problemin həllini arxa plana keçirib: "Qeyri-rəsmi belə hesab olunur ki, Qarabağ dondurulmuş konfliktdir, orada hazırda aktiv hərbi əməliyyatlar getmir . Prioritet olan isə hazırda hərbi əməliyyatlarla müşahidə olunan İŞİD, İraq, Suriya, Ukrayna problemidir. Amma Minsk qrupu mütamadi olaraq özünün görüşlərini keçirəcək , "növbətçi" bəyənatlarını verəcək və s. Bu məsələyə beynəlxalq baxışdır. Amma mən hesab edirəm ki, Azərbaycan məhz
regionda gedən prosesləri diqqətlə izləməli, şərait yaranan zaman, uyğun vaxtda problemin həllinə çalışmalıdır. Nəzərə almaq lazımdır ki, məsələnin həllində qarşımazda duran əsas sədd Rusiyadır. Amma proseslər gedişində ola bilər elə vəziyyət yaransın ki, problemin həllini Azərbaycan həll etmək iqtidarında olsun.Bu da indiki halda real görünə bilər.


Füzuli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00