54 ölkənin parlamenti “Xocalıya Ədalət” dedi
25 Yanvar 2016 14:20 Siyasətİraqın paytaxtı Bağdadda slam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Parlamentlər İttifaqının (İƏT Pİ) 11-ci konfransına yekun vurulub. "OLAYLAR"-ın xəbərinıə görə, konfransda"İslam Konfransı Gənclər Forumu ilə İƏT Pİ arasında əməkdaşlıq" başlıqlı və iki qurum arasında Xocalı soyqırımının tanıtdırılması istiqamətində iş birliyini nəzərdə tutan qətnamə yekdilliklə qəbul edilib. 54 ölkənin parlament nümayəndələri tərəfindən yekdiliklə qəbul edilmiş qətnamənin müvafiq bəndində İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüş "Xocalıya Ədalət" beynəlxalq informasiya kampaniyasına dəstək ifadə edilir; Xocalı faciəsi "soyqırım aktı" və "insanlığa qarşı cinayət" kimi tanımlanır. Qətnamədə həmçinin soyqırımı törədən cinayətkarların cəzalandırılması üçün İƏT-ə üzv ölkələrin parlamentlərini zəruri addımların atılmasına çağıran müddəa da öz əksini tapıb.