Minsk qrupunun həmsədrləri ermənilərin havadarı rolunda
Həmsədrlərin bəyənatı bunu bir daha təsdiq etdi
25 Yanvar 2016 13:12 SiyasətAvropa Şurası Parlament Assambleyası (AŞPA) məruzəçiləri Robert Volter və Militsa Markoviçin hazırladıqları hesabatlara ATƏT-in Minsk qrupu həmsədrlərinin sərt mövqe bildirməsi Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayıb. Nəzərə almaq lazımdır ki, Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün mövcud imkanlardan istifadə edilmlidir. Daha dəqiq, bütün nüfuzlu beynəlxaqlq təşkilatlar sözügedən məsələninin həlli istiqmətində öz ədalətli mövqelərini ortaya qoymalıdırlar. Onu da xatırladaq ki, ATƏT-in Minsk qrupundan fərqli olaraq AŞ PA dəfələrlə Dağlıq Qarabağ məsələsinin həllində ədalətli mövqe sərgiləyib. Belə bir şəraitdə ATƏT-in Minsk qrupu həmsədrlərinin AŞPA-nı bu münaqişəyə qarışmamağa çağırması əlbətdə ki, başadüşülən deyil. Baxmayaraq ki, həmsədrlər dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tapılması səylərini alqışlayır və sülh yolu ilə həllə sadiq tərəflərlə birlikdə işləməyə hazırdırlar. Ancaq bu fikirlər mütəmadi verilən bəyənatda şablon ifadələr kimi əksini tapıb. Reallıqda isə həmsədrlər dəfələrlə AŞPA məruzəçiləri tərəfindən hazırlanan hesabata qarşı çıxıblar. Hətta bunu AŞPA-nın Dağlıq Qarabağ münaqişəsinə "müdaxiləsi" kimi də qələmə verməyə çalışıblar. Fikirlərini onunla əsaslandırıblar ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yoıu ilə həlli məqsədilə yaradılan yeganə formatdır və kənar qurumların müdaxiləsi Minsk qrupunun mandatına xələl gətirə bilər. Reallıq isə ondan ibarətdir ki, on illərlədir ki, Minsk qrupu mandatı çərçivəsində heç bir naliyyətə imza ata bilməyib.
Millət vəkili Sahib Alıiev bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Robert Volterin "Dağlıq Qarabağ və Azərbaycanın ətraf rayonlarında zorakılıq hallarının artması" və Militsa Markoviçin "Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdlə içməli sudan məhrum edilməsi" adlı hesabatlarının əleyhinə çıxmaları azmış kimi AŞPA-nı belə məsələlərə qarışmamağa səsləmələri onların vasitəçi deyil, tərəf olduqlarının daha bir təsdiqidir. Onun sözlərinə görə, birinci dəfə dəfə deyil ki, sözügedən ölkələr bu cür erməni havadarı rolunda çıxış edirlər. Onlar Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətin BMT Baş Assambleyasının gündəliyinə çıxarılmasının da əleyhinə olmuşdular: "Niyə? Çünki onda da Ermənistanın işğalçı mahiyyəti ortaya çıxır və Azərbaycanın gələcəkdə güc tətbiqi yoluyla belə öz torpaqlarının azad etmək haqqının olduğu növbəti dəfə təsdiqini tapırdı.Meydan qəhrəmanları, protest həvəskarları, aksiyasevərlər bax bu cür yaramaz və yarıtmaz hərəkətlərin əleyhinə çıxmalı, Dağlıq Qarabağın işğal altında qalması faktını Azərbaycana xalqına həzm etdirə bilməyəcəkıərini erməni havadarlarına onlar da göstərməlidirlər". Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa da öz növbəsində deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinın son bəyanatında adıçəkilən quruma təzyiq göstərməyə çalışmışlar. F. Mustafanın dediyinə görə, Ermənistanın işğalçı siyasətini ört-basdır etmək məqsədi güdən bu şəxslərin soyadları fərqli olsa da, sırf erməni maraqlarından çıxış etdikləri artıq göz qabağındadır. Millət vəkili deyib ki, guya Assambleyanın yanvar sessiyasında Ermənistanın Azərbaycan torpaqlarının işğalı faktının qəbul olunması Dağlıq Qarabağ probleminin həllinə mane olacaqmış və bundan ATƏT-in Minsk qrupunun üzvləri xeyli narahat olublar: "Əslində isə bu bəyanatla ATƏT-in hər üç həmsədri özlərini axmaq yerinə qoyaraq, problemin Dağlıq Qarabağ münaqişəsi deyil, məhz Ermənistanın öz himayədarlarına arxalanmaqla, Azərbaycan torpaqlarının işğalı olduğunu diqqətdən kənarda saxlamağa çalışırlar. Artıq özlərini ermənilərin himayədarı kimi ifşa etmiş bu siyasi dələduzların Azərbaycanın milli maraqlarına zidd fəaliyyətinə son qoymaq üçün rəsmi məqamlarımız ən sərt addımları atmaqdan çəkinməməlidirlər".
Alim