Georgi Sereteli: "Səfərimizin məqsədi Azərbaycanla münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir”
25 Yanvar 2016 12:23 Siyasət"ATƏT-in Azərbaycanla əməkdaşlığında demokratiyanın inkişafı başlıca yer tutur". APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədr müavini Georgi Sereteli deyib. ATƏT-in seçkiləri izləyən başlıca təşkilatlardan biri olduğunu deyən G. Sereteli təəssüflə bildirib ki, ötən müddətdə bununla bağlı xoşagəlməz hallar yaşanıb: "Bizim indiki səfərdə məqsədimiz bütün bunları yenidən müzakirə edib, problemi həll edib, münasibətlərin yenidən uğurla davam etməsinə təkan verməkdir". Bu gün Azərbaycan prezidenti ilə görüşdüklərin deyən ATƏT PA-nın sədr müavini çox pozitiv müzakirələr apardıqlarını bildirib: "Belə bir konstruktiv yanaşma oldu ki, Azərbaycan Avropa üçün ən dəyərli ölkələrdən biridir. Ümid edirik ki, hər iki tərəfin səyi nəticəsində səfərin yekunu olaraq münasibətlərin təkmilləşdirilməsinin əsasını qoyacağıq".