Naxçıvan MR ədliyyə nazirinin müavini vəzifəsindən azad edilib
23 Yanvar 2016 17:53 SiyasətAnar Əhmədov Muxtar Respublika iqtisadiyyat nazirinin müavini təyin olunub
APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov MR Ədliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində nazir müavinlərinin vəzifə təyinatı və vəzifədən azad edilməsi ilə bağlı sərəncamlar imzalayıb.
V. Talıbov Elnur İsmayılovun Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilməsi, Anar Əhmədovun isə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi barədə sərəncam verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00