Anjey Kaspşik: "Təmas xəttində vəziyyətin gərginləşməsindən narahatıq"
22 Yanvar 2016 14:44 SiyasətATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik ötən gün Ermənistanın müdafiə naziri Seyran Ohanyanla görüşüb. APA-nın "Panarmenian" saytına istinadən verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan sərhədində və təmas xəttində vəziyyət müzakirə olunub. A.Kaspşik vəziyyətin mütəmadi şəkildə pisləşməsindən narahatlığını bildirib, gərginliyin aradan qaldırılması üçün lazımı addımların atılacağını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00