XDMX və Daxili Qoşunların hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları 10 faiz artırılıb
19 Yanvar 2016 18:28 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
Prezident Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılması haqqında da sərəncam imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00