Azərbaycan prezidenti sosial müavinətlərin məbləğini artırıb

Azərbaycan prezidenti İlham Əliyev sosial müavinətlərin məbləğinin artırılması haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" 2013-cü il 29 avqust tarixli fərmanla müəyyən edilmiş  sosial müavinətlərin məbləği  2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00