Azay Quliyev: "Vətəndaş cəmiyyəti Prezidentin yanındadır"

"İctimai nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı təkliflər hazırlanaraq Prezidentə təqdim ediləcək". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar plenar iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib. A.Quliyev bəzi saytlarda əsassız məlumatların yayılmasına da toxunub: "Saytlarda əsassız məlumatlar yayılır. Keçmiş mitinqlərin görüntüləri hazırkı mitinqlər kimi təqdim edilir. Heç kəs öz məsuliyyətini unutmamalıdır. Hazırda vətəndaş cəmiyyəti, QHT-lər də Prezidentin yanındadır, onun islahatlarını dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00