Qüdrət Həsənquliyev: Özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir

Türkiyə ilə, o cümlədən Avropa ölkələri ilə viza rejimi aradan qaldırılmalıdır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən növbədənkənar iclasda çıxışı zamanı deyib. Q.Həsənquliyev bildirib: "Qoy o ölkələrin vətəndaşları gəlib burada valyuta xərcləsinlər və turizmin inkişafına təkan versinlər". Q.Həsənquliyev bildirib ki, özəlləşdirmə prosesi çox sürətlə həyata keçirilməlidir. Onun sözlərinə görə, burada ləngiməyə yol vermək olmaz: "Dövlət ali təhsil müəssisələri, tibb müəsissələri və digər müəssisələr özəlləşdirilməlidir ki, dövlətin yükü azalsın. Azərışiq, Azəriqaz, AZAL kimi dövlət müəssisələrinin hamısının özəlləşdirilməsinin vaxtı çoxdan çatıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00