Əli Məsimli: “Bu təkliflərin 15-i yerinə yetirilsə…”
19 Yanvar 2016 13:03 Siyasət"Ölkə başçısı tərəfindən Nazirlər Kabinetinin iclasında və sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə səsləndirdiyi təkliflərin yarısı aidiyyatı qurumlar tərəfindən yetinə yetirilsə, ölkə bu vəziyyətdən çıxa bilər". Bu sözləri millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışında deyib. Ə.Məsimli deyib ki, dövlət başçısı hər iki iclasda 30-a qədər çox qiymətli təklif irəli sürüb: "Prezident İlham Əliyev həmin təkliflər içərisində sosial məsələləri bir nömrəli hesab etdi, həmçinin, manata inamın qaytarılması məsələsini vurğuladı. Manat iqtisadiyyatın güzgüsüzür. Bu məsələlər bu günki sənəddə əksini tapıb. Prezident İlham Əliyevin səsləndirdiyi digər məsələ isə struktur islahatlarıdır ki, onlar da çox əhəmiyyətlidir".
Ə.Məsimli bildirib ki, bu təkliflərin 15-i yerinə yetirilsə, 2016-cı ildə, maksimum 2017-ci ilin 1-ci yarısında Azərbaycan iqtisadiyyatına olan qlobal təsirləri neytrallaşdırmaq və yeni iqtisadi keyfiyyətə nail olmaq mümkün olacaq: "Əgər yerinə yetirilməsə, bu məsələ bir neçə il uzanacaq. Burada ən mühüm məsələlərdən biri də inhisarçılığın tamamilə aradan qaldırılmasıdır".