İçərişəhərdə “Heç kim və heç nə unudulmur” adlı tədbir keçirilib

18 yanvar tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən onun və qurumlarının rəhbər işçiləri və əməkdaşlarının iştirakı ilə 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş "Heç kim və heç nə unudulmur" adlı tədbir keçirilmişdir. Tədbirdə "20 Yanvar Uşaqların gözü ilə" adlı Azərbaycan Respublikası Təhsil nazirliyinin nəzdində fəaliyyət göstərən Uşaq qalereyasının rəsm sərgisi, "Heç kim və heç nə unudulmur" adlı foto sərgi və 1990-cı il yanvarın 20-də sovet qoşunlarının dinc əhaliyə qarşı törətdiyi vəhşilikləri əks etdirən 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. Tədbirin bədii hissəsində məktəb şagirdlərinin ifasında klassik musiqi kompozisiyaları, mövzu ilə bağlı şerlər səsləndirilmişdir.
     

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00