NATO Polşada raket hücumundan müdafiə sistemi üçün infrastruktur yaradacaq
18 Yanvar 2016 17:58 SiyasətNATO bu ilin baharında Polşa ərazisində raket hücumundan müdafiə sistemi üçün infrastrukturun yaradılmasına başlayacaq. APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Polşa prezidenti Anjey Duda ilə keçirdiyi görüşdən sonra bildirib. "Yazda biz Polşada raket əleyhinə müdafiə sisteminin qurulması üçün vacib məntəqə yaradılmasına başlayacağıq", -deyə Y. Stoltenberq qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00