Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibi dəyişdi
18 Yanvar 2016 13:48 SiyasətAzərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Voytsex Savitskiyə göndərdiyi məktubda ölkəmizin bu qurumdakı nümayəndə heyətinin yeni tərkibi açıqlanıb.APA Milli Məclisdən aldığı məlumatda bildirir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində bəzi dəyişikliklər edilib.Belə ki, MM-ə yeni seçilən deputatlardan Vüsal Hüseynov, Elşən Musayev və Müslüm Məmmədov AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilib. Onlar nümayəndə heyətində Əli Hüseynlini, Fəzail İbrahimlini və Aydın Abbasovu əvəz ediblər.Məktuba AŞPA-nın yanvarın 25-29-da keçiriləcək qış sessiyasında baxılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00