Azərbaycan və Türkiyə QHT-ləri yenidən görüşəcək

"İşğala , Terrora və Əsassız İddialara Qarşı Beynəlxalq Forumun" Azərbaycan təmsilçilərinin iştirakı ilə iclas keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda forumun Türkiyədə keçirəcəyi növbəti tədbirlər müzakirə olunub, müvafiq qərar qəbul edilib. Ölkədəki son ictimai-siyasi vəziyyətlə bağlı məsələlər də geniş müzakirə olunub, yaranmış vəziyyətin çox təhlükəli olduğu, hadisələrin arzuolunmaz istiqamətdə getməsi təhlükələri qeyd olunub. Çıxış yolları ilə bağlı təkilflərin verilməsinin vacibliyi vurğulanıb. Forum üzvləri hökumətə və cəmiyyətə müraciət edərək bildiriblər ki, millətin və dövlətin maraqlarını hər şeydən öndə tutmalı, təhlükəli addımların atılmasına yol verilməməli, vəziyyədən optimal çıxış yolları birgə səylərlə tapılmalıdır. İclasda xüsusi olaraq vurğulanıb ki, QHT-lər, digər vətəndaş cəmiyyəti qurumları yaranmış vəziyyətdə fəal mövqe tutmalı, vəziyyətin normallaşması üçün öz nüfuzlarından geniş istifadə etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00