Murad Kajlayev Azərbaycanın "Dostluq" ordeni ilə təltif edilib
15 Yanvar 2016 16:49 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev Murad Kajlayevin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin inkişafında və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Murad Maqomedoviç Kajlayev "Dostluq" ordeni ilə təltif edilsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00