Tikintiyə vərəsəlik hüququnun müddəti xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün 99 ildən çox ola bilməz
15 Yanvar 2016 11:30 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb. Dəyişikliyə əsasən, Məcəllənin 250.3-cü maddəsi aşağıdakı redaksiyada verilir: "250.3. Tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, lakin xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün - doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - qırx doqquz ildən çox ola bilməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00