ASGA Rusiya nümayəndəliyi diaspor təşkilatlarına olan hücumlara etoiraz edir
13 Yanvar 2016 15:53 SiyasətAzərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyi Azərbaycanın xaricdəki diaspor təşkilatlarına yönələn ittihamlara etiraz olaraq bəyanat yayıb. "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, son vaxtlar bəzi KİV-lərdə Azərbaycan diasporu barədə işıq üzü görən yazılardan təssüf hissi keçirilir. Bəyanatda qeyd edilir ki, bəzən bir və ya bir neçə hadisə üzərində qurulan haqlı, yaxud haqsız tənqidi mülahizələr bütün Azərbaycan diasporuna şamil edilir və bütün ictimai təşkilatların fəaliyyətinə kölgə salır: "Bu cür hadisələr Rusiya azərbaycanlılarını məyus edir. Jurnalistika məsuliyyətli bir peşədir. Onun ilk və yeganə silahı həqiqət olmalıdır. Həqiqiliyi sübuta yetirilməmiş bir iddiaya əsalanaraq, yüzlərlə insanın imicinə zərbə vurmaq, nüfuzuna xələl gətirmək, zəhmətini dəyərsizləşdirmək yolverilməzdir. ASGA Rusiya nümayəndəliyi ümüd edir ki, bu çətin dövrdə harada yaşamağından və hansı fəaliyyət növü ilə məşğul olmasından asılı olmayaraq azərbaycanlılar, qarşıya çıxan çətin məsələləri bir-birilə əlaqəli və qarşılıqlı hörmət əsasında həll etsinlər. Birlik və həmrəyliyin ideya məzmunu da elə bundan ibarətdir". Bəyanatda o da vurğulanır ki, Rusiya Federasiyasında yüzlərlə Azərbaycan diaspor təşkilatları fəaliyyət göstərir və onların hər biri Azərbaycan dövlətinin və xalqının maraqlarını qoruyur.