Azərbaycanın Bolqarıstanda yeni səfiri təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Nərgiz Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə N.Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00