Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib

"Azərbaycan mədəniyyətlərin inteqrasiyası və tolerantlıq təcrübəsinə malik olan bir ölkədir". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AŞPA-nın alt komitəsinin sədri, Milli Məclisin deputatı Sahibə Qafarova yap.org.az saytına bildirib ki, bu səbəbdən də, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan belə formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir: "Bakı və Azərbaycan artıq dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük mərkəzlərindən birinə çevrilibdir. Artıq beynəlxalq ictimaiyyət də bunu qəbul edir, dəstəkləyir. Bir çox nüfuzlu beynəlxalq mədəniyyət və idman müsabiqələrinin, tədbirlərin respublikamızda keçirilməsi bu fikri təsdiqləməklə yanaşı, həm də ölkəmizin inkişafından, dünyaya açıq olmasından xəbər verir. Bütün bunların məntiqi nəticəsi kimi, Azərbaycan dünya sivilizasiyalarının qovuşmasının və multikulturalizmin nəzərə çarpan nümunəsi kimi dünyada tanınır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00