İstanbuldakı partlayışda ölən və yaralananlar arasında azərbaycanlıların olub-olmaması araşdırılır
12 Yanvar 2016 14:49 SiyasətAzərbaycanın İstanbuldakı Baş Konsulluğu Sultanəhməd meydanındakı partlayış zamanı xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması məsələsini araşdırır. Bunu APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. "Xarici İşlər Naziliyinin təlimatı əsasında Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyənin rəsmi dövlət orqanlar vasitəsilə bu hadisə zamanı ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o, söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00