Siyasi ambisiyalar neftin qiymətinin artmasına imkan vermir

Prezident: “Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik”

Dünyada neft qiymətləri ucuzlaşmaqda davam edir. Məlumata görə, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin bir barrelinin qiyməti 1,91 dollar ucuzlaşaraq 30,59 dollar olub. Londonun İCE birjasında "Brent" markalı neftin bir barrelinin qiyməti isə 2,14 dollar azalaraq 30,67 dollar olub. "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti isə 1,19 dollar ucuzlaşaraq 32,81 dollar təşkil edib. Siyasi analitiklərin qənaətinə görə, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin heç bir iqtisadi əsası yoxdur. Buna baxmayaraq neftin dəyərdən düşməsi dünya ölkələrinin iqtisadiyatına ciddi tədir göstərib. Xüsusən, ölkələrin milli valyutalarının devolvasiyaya uğraması prosesi baş verib. Diqqətə çatdıraq ki, məlum proses Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi manatın məzənnəsinin əvvəlki səviyyədə qalmasına imkan verməyib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sözügedən məsələdə toxunulub. Dövlət başçısı qeyd edib ki, manatın məzənnəsi devalvasiyaya uğrayıb, bu da qaçılmaz idi: "Eyni zamanda, qonşu ölkələrdə də milli valyutalar 100 faiz, bəzi hallarda ondan da çox dərəcədə devalvasiyaya uğrayıb. Belə olan halda Azərbaycanda istehsal olunan məhsullar öz rəqabət qabiliyyətliliyini itirirdi, bizim istehsalçılara çox böyük təzyiq göstərilirdi". İlham Əliyev vurğulayıb ki, sadəcə olaraq, manatı əvvəlki səviyyədə saxlamaq qeyri-mümkün idi: "Yəni, bu, qaçılmaz bir addım idi. Bunun səbəbi Azərbaycandan kənarda yaranıb". Azərbaycan Prezidenti neftin qiymətinin kəskin şəkildə aşağı düşməsini sırf iqtisadi amillərlə bağlamağın doğru olmadığını bildirib. O qeyd edib ki, dünya iqtisadiyyatı o qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 3-4 dəfə aşağı düşsün:"Mənim fikrimcə, burada ilk növbədə siyasi amillər öz rolunu oynayıb. Kimsə kiminləsə mübarizə aparır, biz isə bundan əziyyət çəkirik. Ona görə bu da əlbəttə ki, bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərib. Ancaq biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək". Millət vəkili Xanhüseyn Kazımlı qeyd edib ki, dünyada baş alıb gedən qlobal maliyyə-iqtisadi böhran heç şübhəsiz özbaşına yaranmayıb. Bu "proses"in idarə edilməsində barmağı olan böyük, hegemon dövlətlər, qüvvələr var: "Bu, bir iqtisadi-siyasi oyunbazlıqdır. Bu da yalnız və yalnız bəşəriyyətin gələcəyə böyük ümidlə baxan təbəqələrinə və onların sosial rifahına mənfi təsir göstərməsi ilə nəticələnir. Demək istəyirəm ki, dünyanın heç bir yerdə görünməyib ki, haradasa yanğın olsun, amma onun tüstüsü ətrafdakıları, qonşuları vurmasın. Yəni, xaricdən olan müdaxilələr, dünyada neftin qiymətinin süni şəkildə və qəsdən aşağı salınmasına cəhdlər göstərilməsi, müsəlman dünyasında, xüsusilə, Səudiyyə Ərəbistanı ilə İran arasında qarşıdurmanın yaradılması heç heç də təsadüfi deyil. Bunların istər-istəməz Azərbaycana da, onun iqtisadiyyatına da təsir var. Ancaq Azərbaycan dövləti və hökuməti, xüsusilə, ölkə Prezidenti İlham Əliyev çalışır ki, bu mənfi proseslərin mübaqilində Azərbaycan xalqının sosial rifahına mənfi təsir göstər amillər aradan qaldırılsın, önlənsin. Həm də belə demək mümkünsə, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartların hökm sürdüyü bir dövrdə Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin pisləşməməsinə, vəziyyətin sabit saxlanılmasına çalışır". Millət vəkili Əli Məsimli hesab edir ki, hazırda neftin qiymətinin ucuzlaşması dünya düzənin siyasi və iqtisadi konyukturundan doğur. Dünya iqtisadiyyatında və siyasi araneda gedən proseslər mahiyyət etibarilə obyektiv görünsə də, onun görünməyən tərəfləri görünən tərəflərindən qat-qat böyük olmaqla, xeyli dərəcədə qarşıdurmada maraqlı olan dövlətlərin əməlidir: "Dünyanın aparıcı dövlətləri 1929-1933-cü ilin qlobal iqtisadi böhranından optimal çıxış yolunu tapa bilmədiklərindən, vəziyyətdən "böyük xaos" yaratmaqla çıxmaq yolu tutduqları kimi, indi də də 2008-ci ilin qlobal maliyyə-iqtisadi böhranının mənfi nəticələrini tam aradan qaldıra bilmədiklərindən, qarşı-qarşıya duran ölkələrin siyasi maraqları önə çıxaraq yenə də çıxış yolunu"böyük xaos" yaratmaqda görürlər. Ona görə XX əsrin 30-cu illərinin "böyük xaos"u II Dünya Müharibəsinə gətirdiyi kimi, hazırkı "böyük xaos" da yeni formatda III Dünya Müharibəsi törədib: faşizmin yenidən zühuru, ilhaqlar, çevrilişlər, rəngli inqilablar,lokal müharibələr, "Suriya sindromu",informasiya müharibəsi, sanksiyalar,neft və qazdan təzyiq vasitəsi kimi istifadə olunması, qaçqın köçü və s. bir-birinə qarışıb, dünyanı yenidən sürətlə qeyri-müəyyənliklə dolu çox təhlükəli bir perspektivə doğru sürükləməkdədir. Dünya bazarında neftin qiymətinin kəskin surətdə aşağı düşməsi həmin qeyri-müəyyənliyi daha da artırır.Neftin qiymətinin aşağı düşməsi dünya bazarında təklifin tələbi üstələməsi kimi iqtisadi amilillə əsaslandırılsa da,bu işdə siyasi, geosiyasi,spekulyativ və sair amillər də ciddi rol oynayır. Bu baxımdan isə neftin qiymətinin aşağı düşməsində Qərblə Rusiya arasında qarşıdurma əsas rol oynayır və Rusiyanın Ukraynaya qarşı ilhaqçılıqı siyasətinə cavab olaraq onu bu yoldan çəkindirmək,əks halda çökdürmək məqsədi daşıyır". Onun sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu azalmağa başlasa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin qiymətinin aşağı düşməsi nəticəsində, dolayısı ilə dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: "Azərbaycanın ümumi daxili məhsulunun 35%-dən çoxu,büdcə gəlirlərinin 60%-ə qədəri, xarici ticarətin 90%-dən çoxu neft amili ilə bağlı olduğundan, neft ixracından daxil olan gəlirlərin, deməli, Dövlət Neft Şirkətinin, Azərbaycanda çalışan xarici neft şirkətlərinin, həm də Dövlət Neft Fondunun gəlirlərini azaldır. Azərbaycan əksər enerjidaşıyıcılı ölkələrdən biri kimi neftin qiymətinin azalması nəticəsində gözlənilən gəlirlərin xeyli hissəsinin itirilməsi mərhələsini yaşayır.Son illər neftdənkənar sahələr kifayət qədər yükəsk sürətlə - ildə 8-10 faiz artsa da, qeyri-neft sektorundakı bü cür yüksək artım templəri hesabına Azərbaycan iqtisadiyytında müsbət dinamizm davam etsə də, bu iş lazım olduundan xeyli gec başladığından, hələlik həmin sahələrin gəlirləri itirilən böyük neft gəlirlərini kompensasiya etmyə qadir deyil. Bu isə bütövlükdə ölkə iqtisadiyyatına, onun real, maliyyə və sosial sektorina mənfi təsir göstərir. Ən ciddi proseslər isə manatın bir il ərzində 2 dəfə devalvasiyaay uğraması nəticəsində yaranan çətinliklərdən doğur". Reallıq ondan ibarətdir ki, neftin qiymətinin düşməsi nəticəsində yaranan çətinliklərin aradan qaldırılması istiqamətində ölkədə ciddi işlər aparılır. Prosesə dövlət başçısının şəxsən nəzarət etməsi deməyə əsas verir ki, ölkə iqtisadiyyatı yenə də dünya maliyyə böhranından qurtularaq inkişaf dinamikasını davam etdirəcək. Dövlət başçısının "biz çalışacağıq ki, bu məzənnənin dəyişməsi ilə bağlı mənfi fəsadların aşağı salınması üçün daha da fəal iş görək" deməsi ümidləri daha da artırır.


Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00