Prezident İlham Əliyev: "Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin"
11 Yanvar 2016 22:33 Siyasət"Biz həmişə çalışırıq ki, dinlərarası, sivilizasiyalararası dialoq daha da güclənsin. Biz bu işə öz töhfəmizi vermişik və öz nümunəmizi ortaya qoymuşuq".AZƏRTAC bildirir ki, bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib.Dövlətimizin başçısı vurğulayıb ki, bu gün dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq bizi narahat edir. Bu, çox təhlükəli meyllərdir. Azərbaycan öz tərəfindən çalışacaq ki, bu meyllərin yumşaldılması və müsbət məcraya yönəldilməsi üçün öz səylərini göstərsin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00