ADP-dən müsəlman dövlətlərinə çağırış

Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, iclasda ölkədə və dünyada baş verən proseslər müzakirə edilib. İclasda son vaxtlar qonşu İran dövləti və Səudiyyə Ərəbistanı Krallığı arasında yaranan münaqişənin bütövlükdə müsəlman dünyası üçün ağır nəticələr verməsindən narahatlıq ifadə edilib və bu münaqişənin iki dövlət arasındakı təriqət və məzhəb davasından doğduğuna diqqət çəkərək müsəlman dövlətlərini bu cür məzhəb davalarından uzaq olmağa çağırış edilib. ADP hər iki dövləti fəlakətə sürükləyən yersiz münaqişələrdən qaçmağa çağırııb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00