Ziyafət Əsgərov: “Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin sülh yolu ilə həllinin tərəfdarıyıq”

"Azərbaycan Səudiyyə Ərəbistanı və İran arasında gərginliyin sülh yolu ilə həll olunmasının tərəfdarıdır". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vitse-spiker Ziyafət Əsgərov söyləyib. Z. Əsgərov deyib ki, hər iki ölkə Azərbaycanla dostdur: "Dünyada gərginliyin artması fonunda əlavə gərginlik arzulamazdıq. Ona görə də çox istərdik ki, Səudiyyə Ərəbistanı və İran arasında danışıqlar aparılsın, münasibətlər yoluna düşsün". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00