Səfir: Almaniyanın ATƏT-də sədrliyinin prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq

Almaniyanın ATƏT-də sədrliyinin əsas prioritetləri sülh və təhlükəsizlik məsələləri olacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Haydrun Tempel deyib. Onun sözlərinə görə, həmçinin dondurulmuş münaqişələr probleminə, ATƏT ölkələri arasında iqtisadi əlaqələrin inkişafına diqqət yetiriləcək. Səfir qeyd edib: "Azərbaycanın da iştirak edəcəyini gözlədiyimiz müxtəlif biznes forumların və konfransların keçirilməsi planlaşdırılır". Xatırladaq ki, Almaniya 2016-cı ildə ATƏT-in sədri oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00