Azərbaycan prezidenti Rusiya-Türkiyə və İran-Səudiyyə Ərəbistanı münasibətlərinin gərginləşməsindən narahatlığını bildirib

"Keçən il Rusiya və Türkiyə münasibətləri gərginləşib. Hər iki ölkə Azərbaycanla yaxın qonşudur və vəziyyət arzuedilən deyil".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı bildirib ki, son vaxtlar İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşməsi də ölkəmizi narahat edir: "Bu vəziyyət müsəlman aləmində baş verən hadisələrə təsir göstərir".

Prezident İlham Əliyev deyib ki, 2015-ci ildə Azərbaycan uğurla inkişaf edib, qarşıda duran  vəzifələr icra olunub: "Ötən il mən 20 ölkəyə, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər edib. Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynayacaq, risklərin azalmasına çalışacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00