Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri: “İlk olaraq yeddi rayon azad edilməlidir”

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında daha fəal mövqe tutmalıdır". APA-nın xəbərinə görə, bunu Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev "moscow-baku.ru" saytına müsahibəsində deyib. "Bu il münaqişənin nizamlanmasında irəliləyiş əldə ediləcəyinə çox ümid edirəm. Arada müəyyən çıxılmaz vəziyyətlər yaransa da, iş düzgün istiqamətdə aparılır. İlk olaraq, ən vacib məsələ isə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun azad edilməsidir", - deyə D. Savelyev qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00