Ermənilərin xarici havadarları bu problemin həllinə imkan vermirlər

"Təəssüf ki, ötən ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində heç bir irəliləyiş olmadı". "OLAYLAR"-ın xəbərinə görə, bu fikri yap.org.az saytına Milli Məclisin deputatı Elman Məmmədov bildirib. O, qeyd edib ki, münaqişənin həll olunmamasının səbəbkarı işğalçı Ermənistandır: "Ermənistan sülh danışıqlarında iştirak etməklə dünya ictimaiyyətini aldatmağa çalışır. Eyni zamanda, ermənilərin xarici havadarları bu problemin həllinə imkan vermirlər. ATƏT-in Minsk qrupunun həmsədrləri də öz vəzifələrini regiona səfər etməkdə görürlər. Əgər həmsədr dövlətlər istəsələr Ermənistanı sülhə məcbur edə bilərlər. Amma bunu istəmirlər. Əgər vəziyyət belə davam etsə, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00