Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərlərinin görüşünun tarixi məlum olub
5 Yanvar 2016 11:44 SiyasətAzərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü yanvarın 23-də keçiriləcək. APA-nın məlumatına görə, görüşün Tiflis şəhərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, görüş dekabrın 23-nə təyin edilsə də, sonradan təxirə salınıb. Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili baş nazir postuna təyin edildiyindən görüşdə ölkəni yeni xarici işlər naziri Mixail Canalidze təmsil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00