XİN: Azərbaycanın bəzi ölkələrdəki səfirlikləri bağlana bilər

Azərbaycanın Afrika və Latın Amerikasındakı bir sıra səfirlikləri bağlana bilər. Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, bu məsələyə hökumət tərədindən ciddi şəkildə baxılır. "Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələyə də ciddi şəkildə hökumət tərəfindən baxılır", - deyə H. Hacıyev qeyd edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00