Azərbaycana qarşı təzyiqlərdə iqtisadi maraqlar əsas rol oynayır
30 Dekabr 2015 12:10 SiyasətMillət vəkili, "Dağlıq Qarabağın azərbaycanlı icması" İdarə Heyətini üzvü Rövşən Rzayev tərəfindən hazırlanan "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlı qərar layihəsi parlamentə təqdim olundu. Lakin parlamentdə təmsil olunan bəzi deputatlar belə bir qərarın qəbul edilməsinin əlehinə çıxdılar. Gətirilən əsas isə ondan ibarət oldu ki, ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin hazırladığı "Azərbaycan demokratiya aktı 2015" adlı sənəd ABŞ hökuməıtinin mövqeyi deyl və bu səbədən də məsələni qəlizləşdirməyə dəyməz. Yeri gəlmişkən qeyd edək ki, Rövşən Rzayev tərəfindən hazırlanan sənəd də Azərbaycanın mövqeyini ifadə etmir, o, bir millət vəkili olaraq mövqeyini ortaya qoyub. Əslində ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin "Azərbaycan demokratiya aktı 2015" adlı layihəni irəli sürməsinə cavab olaraq, Azərbaycan Parlamentinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlı qanun layihəsinin təqdim olunması kənardan hər necə görünsə də, əslində hazırkı məqamda geosiyasi reallıqlardan irəli gələn düşünülmüş gediş kimi qiymətləndirilə bilər. Qeyd edək ki, Smitin qanun layihəsində Azərbaycanda demokratiyanın vəziyyəti pislənilir, bu səbəbdən Azərbaycanla münasibətlərə yenidən baxılması və ədliyyə sahəsində çalışan bir sıra yüksək ranqlı məmurlara qarşı sanksiyaların tətbiqi tövsiyə olunur. Milli Məslisin Amerikaya qarşı müzakirəyə çıxardığı anoloji qanun layihəsi də ABŞ-da insan hüquqlarının pozulmasından söz açır və sanksiyaların tətbiqini ön görür.
Bəzi ekspertlərin qənaətinə görə, Azərbaycan parlamentində qəbul edilən hər hansı qərarla ABŞ kimi dünyanı idarə etmək iqtidarında olan dövlətə təsir etmək mümkün deyil. Əslində ABŞ-da müzakirəyə çıxarılan insan haqları ilə bağlı sənədlərin də arxasında Azərbaycana qarşı ciddi zərbə nəzərdə tutulmur. Belə sənədlərin gündəmə gətirilməsi hansısa məqsədlərə nail olmaqdan ötrü təzyiq vasitəsindən o tərəfə keçmir. Ancaq bütün halarda Azərbaycan gündən-günə artmaqda olan beynəlxalq imicini nəzərə alaraq brlə qərəzli addımlara cavab vermək zorundadır. Bu zaman hazırlanan qərar layihəsinin parlamentdə qəbul olunub-olunmayacağı ikinçi plana keçir. Ola bilər ki, Milli Məclis sözügedən qərar layihəsini komitə iclaslarında "dondursun", lakin əsası odur ki, Azərbaycan bununla öz haqlı mövqeyini müdafiə etmək üçün siyasi iradəsini ortaya qoymuş olur. Məsələnin digər tərəfi ondan ibarətdir ki, böyük siyasətdə siyasi iradı nümyaiş etdirilən zaman siyasi müttəfiqlik məsələsi unudulmamalıdır. Nəzərə almaq lazımdır ki, hazırki qarışıqlıq şəraitində ABŞ özünü Azərbaycanın strateji müttıfiqi kimi qələmə verir. Bu baxımdan Azərbaycan parlamentinın qərarı elə ölçülüb-biçilməlidir ki, illər ərzində iki dövlət arasında yaranan körpünü tamamilə yandırmasın. Bunu nəzərə alan millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, erməni lobbisi tərəfindən Azərbaycana qarşı bu tipli sənədlər zaman-zaman ortalığa çıxarılır: "Hər gün bir nəfər erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı məsələ qaldıracaqsa, biz də Milli Məclisdə belə qanun layihələrini götür-qoy etməliyik. Erməni lobbisi belə addımlar atamağa çalışsa da, nəzərə almaq lazımdır ki, ABŞ Azərbaycanın strateji müttəfiqidir. Azərbaycan ABŞ-la əməkdaşlığı davam etdirir. Konqresə Azərbaycan haqda təqdim olunan qərəzli layihə sırf ermənipərəst konqresmenin mövqeyidir. Buna reaksiyamızı bildirməliyik. Amma mətbuatda bir çoxları kəskin şəkildə ABŞ-a, ümumilikdə konqresə qarşı mübarizəyə başlayıblar. Bizim qarşılıqlı əməkdaşlığımız var. Orada dostluq qrupu fəaliyyət göstərir. Biz bunları işə salmalıyıq". Onu da xatırladaq ki, hazırda yaranmış vəziyyəti ABŞ-ın iqtisadi maraqlarından irəli gəldiyini iddia edən ekspertlər də var. Onların mövqeyinə görə, hazırkı gərginliyin yaranma səbəbi isə Böyük İpək Yolu ilə bağlı ola bilər. Gətirilən əsas ondan ibarətdir ki, Prezident İlham Əliyevin Çinə səfərindən sonra Azərbaycanla Çin arasında Böyük İpək yolu ilə bağlı ilkin razılaşma əldə olundu. Bu, o demək idi ki, təqribən 400-600 milyard avroluq ticari dövriyyəsi olacağı gözlənilən Qərb-Şərq marşrutu Rusiya, yaxud İrandan deyil, məhz Azərbaycandan keçəcək.
Rusiyanın Böyük İpək Yolu layihəsindən kənar düşməsi bu ölkənin mətbuatında geniş müzakirə obyektinə çevrildi və Kremlin böyük bir geoiqtisadi layihəni qaçırdığı barədə ittihamlar səslənməyə başlandı. Rusların narazı qalmaları başadüşüləndir. Belə ki, İpək yolu ilə bağlı ilkin olaraq Rusiyanın da daxil olduğu 3 fərqli marşrut Pekin tərəfindən nəzərdən keçirilirdi. Lakin son anda lazımi infrastrukturun hazır olması, Türkiyə və Avropanın mövqeyi nəzərə alınmaqla Qafqaz marşrutuna üstünlük verildi.Yaranmış vəziyyət Kremli dərhal hərəkətə keçirdi və baş nazir Dmitri Medvedyev Çinə səfərə yollandı. O, anoloji danışıqlar aparsa da, uğur əldə edə bilmədi. Baş nazirin səfərindən sonra Çinin rəsmi informasiya agentliyi olan `Sinxua`da çıxmış təhlildə Rusiyanın iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar verilirdi. Bu, əslində, Pekinin Moskva ilə İpək Yolu məsələsində anlaşa bilmədiyinə işarə idi. Belə bir vəziyyətdə Azərbaycanın edə biləcəyi Rusiya ilə eyni cəbhədə olduğunu praktik şəkildə sərgiləməklə Böyük İpək Yolunu sırf iqtisadi maraqlar üçün həyata keçirildiyini, İpək Yolunun bir istiqamətinin çəkilməsinin heç də digər istiqaməti inkar etmədiyini Moskvaya göstərməkdir. Yəni, Azərbaycandan keçəcək İpək Yolu istiqamətlərdən biridir və növbəti istiqamət kimi Rusiya ərazisindən marşrutun çəkiləməsi mümkündür. Bu nöqteyi-nəzərdən yanaşıldıqda Amerikanın Azərbaycana təzyiq göstərməsi başadüşüləndir. Çünki iqtisadi maraqlar önə keçəndə hansısa inkişaf etməkdə olan ölkənin maraqlarının nəzərə alınmaması aparıcı dövlətlərin strateji əməkdaşlığına sığmır.
Nurlan