Nuşirəvan Məhərrəmli: “Teleradio məkanında kadr potensialının zəifliyi açıq görünür”
29 Dekabr 2015 17:48 Siyasət"Teleradio məkanında kadr problemi bizi çox düşündürür. Teleradio məkanında kadr potensialının zəifliyi və özünü doğrultmaması açıq görünür". Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
N. Məhərrəmli deyib ki, verilişlərinin keyfiyyətinin aşağı olması da birbaşa kadrlardan asılı olan məsələdir: "Əgər rəhbər vəzifələrə orta bilik səviyyəsi olan insanı dəvət edərsənsə, təbii ki, o da ətrafına səviyyəsindən aşağı olan insanları dəvət edir. Bununla da teleradio məkanında keyfiyyətli verilişlərin sayı azalır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00