Məhkəmə Razi Nurullayevin AXCP-nin iddiasını icraata götürməyib

Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə bağlı iddiasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi icraata götürməyib. Bu barədə APA-ya açıqlamasında R. Nurullayevin müavini Mehman Muradlı bildirib. M. Muradlı deyib ki, məhkəmə bu iddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılmasının mümkün olub-olmamasına baxıb. Məhkəmə İnzibati-Prosessual Məcəlləyə əsasən iddiaçıya Bakı Apelyasiya Məhkəməsinə müraciət etməyi tövsiyə edib.

Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də, R. Nurullayevin rəhbərlik etdiyi AXCP isə oktyabrın 18-də qurultay keçirib, hər iki tərəf qurultayın nəticələrinin dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edib. Ədliyyə Nazirliyi isə tərəflərə məhkəməyə müraciət etməyi tövsiyə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00