Əli Həsənov: "Bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hökumətinin müvafiq konsepsiyası var”

"Dünya neft bazarındakı vəziyyət Azərbaycana da təsir edir.Ancaq bu təsiri minimallaşdırmaq üçün Azərbaycan hölkumətinin müvafiq konsepsiyası var". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. Ə. Həsənov bildirib ki, dövlət başçısı və komandası nikbin əhval-ruhiyyədədir. Prezidentin köməkçisinin sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün müvafiq dövlət qurumları, Nazirlər Kabineti, İqtisadiyyat və Sənaye Nazirliyi və digər qurumlar zəruri tədbirlər həyata keçirirlər: "Hazırda Azərbaycan hökuməti devalvasiyanın mənfi nəticələrini aradan qaldırmağa çalışır. Xüsusən bazar iqtisadiyyatına çətin uyğunlaşan sosial təbəqələrin- təqaüdçülərin, əlillərin, dövlət yardımı ilə həyatını quran insanların devalvasiyanın mənfi nəticələrindən qorunması istiqamətində tədbirlər aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00