Əli Həsənov: “ABŞ və Azərbaycan arasında demokratiya və insan hüquqları ilə bağlı komissiya yaradılması barədə danışıqlar getmir”
25 Dekabr 2015 16:14 Siyasət"ABŞ və Azərbaycan arasında demokratiya və insan hüquqları ilə bağlı komissiya yaradılması barədə hazırda danışıqlar aparılmır". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib. O bildirib ki, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycana səfərindən sonra müxtəlif təşəbbüslər olub, amma sonra bu təşəbbüslər dayandırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00