Vitse-spiker: “Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür”

"Kimsə ABŞ-Azərbaycan münasibətlərinin kəsiləcəyini gözləyirsə, yanlış düşünür. Və bu məsələ ilə bağlı açıqlamamızı gözləyirlərsə, yanlış yoldadırlar". Bunu jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova əlavə edib ki, müəyyən addımlara qarşı adekvat addımların atılması məntiqlidir: "Səninlə hansı dildə danışırlarsa, o dili anladığını bildirməlisən. ABŞ-Azərbaycan münasibətlərinin normal olması təkcə Azərbaycan xalqının deyil, həm də amerikalıların marağındadır. Azərbaycanın mövqeyi, regiondakı imkanları təkcə özümüzə xidmət etmir. Qarşı tərəf bunu anlamalıdır. Bu məsələlər müzakirə predmetidir, yəqin ki, müzakirə olunacaq".

Qeyd edək ki, deputat Rövşən Rzayev "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlı qanun layihəsi hazırlayaraq Milli Məclisə təqdim edib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00