Azay Quliyev: “Beynəlxalq təşkilatların bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidiyik”

"Avropa Şurasının baş katibi Turbyorn Yaqlandın öz nümayəndəsini İşçi Qrupundan geri çəkməsinə çox üzülürəm". Bunu deyən millət vəkili Azay Quliyevin sözlərinə görə, Azərbaycan bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələlərdə beynəlxalq təşkilatlarla işbirliyində, əməkdaşlıqda maraqlıdır: "Biz hər zaman da əməli şəkildə bu niyyətlərimizi ortaya qoymuşuq. Amma çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların da bizimlə əməkdaşlığa hazır olmadıqlarının şahidi olmuşuq. Biz bu İşçi Qrupunu da öz daxili ehtiyaklarımız üçün yaratmışıq, kiminsə istəyi və təzyiqi ilə yox. Biz bütün məsələlərdə, o cümlədən, insan hüquqları ilə bağlı məsələrdə də qeyri-hökumət təşkilatları, bütövlükdə vətəndaş cəmiyyəti ilə təmasda, dialoqdayıq. Bunun bizim işimizə, problemlərimizin həllinə çox böyük və müsbət təsiri var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00