Avropa Məhkəməsi Ermənistan hakimiyyətinə qarşı iddianı icraata götürdü

Avropa İnsan Haqları Məhkəməsi 2010-cu ildə Erməni Milli Konqresi tərəfindən Ermənistan hakimiyyətinə qarşı irəli sürülən iddianı icraata götürüb. APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Erməni Milli Konqresinin deputatı Aram Manukyan bildirib. İddiada meriyanın mitinq və yürüşlərin keçirilməsindən imtinası məsələsi yer alıb. O bildirib ki, Ermənistanda bütün məhkəmə instansiyalarını keçdikdən sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. "İki gün əvvəl işin icraata götürülməsi ilə bağlı məlumat əldə olunub", - deyə Aram Manukyan qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00