Erməni tərəfi özünü sığortalamağa çalışır

"Ermənistan Müdafiə Nazirliyinin sözçüsünün atəşkəs rejiminin bitməsi barədə bəyanatı işğalçı ölkənin özünü sığortalamaq cəhdidir". Bu fikirləri "OLAYLAR"-a siyasi ekspert Arzu Nağıyev səsləndirib. O, bildirib ki, bu bəyanat həmçinin cəmiyyətin diqqətini daxili proseslərdən Qarabağa yönəltmək cəhdidir: "Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilk növbədə ATƏT-in Minsk qrupuna həvalə edilib və təbii ki, monitorinq qrupu da mütəmadi olaraq qoşunların təmas xəttində müvafiq tədbirlər keçirir. Lakin buna baxmayaraq demək olar ki, atəşkəs hər gün pozulur, itkilər verilir. Ermənilərin təxribatları cavab atəşi ilə yatırılmağına baxmayaraq bir sıra beynəlxalq qurumlarda özlərini təmizə çıxarmaq və pozuntuları Azərbaycan tərəfinin üzərinə atmağa çalışırlar". Arzu Nağıyev deyib ki, Rusiya-Türkiyə arasında yaranmış gərginlikdən, Rusiyanın Ermənistanla tərəfdaş və müttəfiq, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasından istifadə edərək hazırda ermənilər təxribatlarını daha da intensivləşdirib və artıq ağır texnikadan da istifadə edirlər: "Təbii ki, bunun da adekvat cavabını Azərbaycan ordusu tərəfindən alırlar. Layiqli cavb aldıqdan və itkilərdən sonra müxalif partiyalar da Sərkisyan rejiminə qarşı mitinq və marşlar hazırlayır, istefa vermək bəyanatları səsləndirirlər. Necə ola bilər ki, KTMT-də görüşdən sonra erməilər Rusiyadan 6 döyüşü helikopteri alır, çox da uzaq olmayan zaman kəsiyində 200 milyon dollarlıq silah əldə edir, 102 -ci briqadanın silah və sursatlarından istifadə edir. Həmçinin İrəbuni hava limanındakı Rusiya hərbi bazasından uçuşlar həyata
keçirilir. Bütün bunların müqabilində guya atəşkəsin pozulduğu üçün absurd bəyanatlar verən erməni tərəfi sadəcə olaraq özlərini sığortalayırlar və bu başqa bir variant deyil. Eyni zamanda törətdikləri və gələcəkdə törədə biləcəkləri təxribatları leqallaşdırmağa çalışırlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00